"Bakı-Tbilisi-Qars ilə yüklərin Avropaya çatdırılması dünyada yeni bir iqtisadi enerji mənbəyidir"

7 Noyabr 2019 21:13 (UTC+04:00)

Çinin Sian şəhərindən yola düşən və Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyəyə çatan “China Railway Express” yük qatarının Ankarada təntənəli qarşılanması və buradan Avropaya yola salınma tarixi bir hadisədir. Bu yol üzrə qatarların hərəkəti dünyada yeni bir iqtisadi enerji mənbəyidir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Mehmet Cahit Turhan ifadə edib. Nazir diqqətə çatdırıb ki, “Bir kəmər, bir yol” strategiyası dünyanın yarısını birləşdirən bir layihədir. Nazir əminliklə bildirib ki, Çindən Avropaya və əks istiqamətə qatarların hərəkəti dünya iqtisadiyyatının inkişafına əhəmiyyətli təkan olacaq.