Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü başlayıb

5 Mart 2011 22:39 (UTC+04:00)
Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin üçtərəfli görüşü başlayıb. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Soçidə keçirilən zirvə toplantısı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərinə həsr edilmiş sayca səkkizinci üçtərəfli görüşdür.