Daxili İşlər Nazirliyi Goranboy Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkiminin ölümü ilə bağlı məlumat yayıb. SİA-nın nazirliyin saytına istinadən yaydığı məlumata görə, martın 4-də saat 19.00 radələrində Goranboy Rayon Mərkəzi Xəstəxanasının həyətində orada həkim işləmiş Faiq Abdullayevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.
İlkin yoxlama rayon prokurorluğu tərəfindən aparılır. Qeyd edək ki, bu gün ölkə mətbuatı F. Abdullayevin xəstəxanada intihar etməsi barədə məlumat yayıb.