Rusiyada proqram təminatı yüklənməyən smartfon və kompyuterlərin satışı qadağan edilib

6 Noyabr 2019 08:03 (UTC+04:00)

Dövlət Duması Rusiya proqram təminatı yüklənməyən smartfon və kompyuterlərin satışının qadağan edilməsi barədə qanun layihəsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, 2020-ci il iyulun 1-dən smartfon, kompyuter, “smart-TV” funksiyası olan televizorlar və bir sıra digər qurğulara mütləq Rusiya proqram təminatı yüklənməlidir. Qanun layihəsinin müəlliflərinin fikrincə, bu, Rusiyanın informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərinin inkişafına təkan verəcək.