Jerar Depardye Özbəkistanın mədəni irsi və tarixi haqqında film çəkir

6 Noyabr 2019 06:48 (UTC+04:00)

Tanınmış fransız aktyoru və rejissoru Jerar Depardye Özbəkistanın mədəni irsi və tarixi haqqında film çəkir.

SİA xəbər verir ki, “İpək Yolu” adlanan filmdə baş rolun ifaçısı da Jerar Depardyedir.

Çəkiliş qrupu artıq Səmərqənddəki tarixi abidələrdə çəkilişlər aparıb, film üçün zəngin material toplayıb. Fransa kinematoqrafçıları Buxara, Xivə və digər qədim şəhərlərdə də çəkilişlər aparacaqlar.

Filmin prodüseri Arno Frille jurnalistlərə deyib ki, Jerar Depardye 2009-cu ildə Özbəkistada olub və bu səfərdən sonra daim Özbəkistanla maraqlanıb. Onun marağı təkcə İpək yolu ilə məhdudlaşmır, həm də o, dinlərin tarixini öyrənir.

Prodüser bildirib ki, büdcəsi 300 min avro olan film turistlər üçün reklam rolunu oynayacaq və Özbəkistanın imicinə müsbət təsir göstərəcək.