Türkan qəsəbəsi qazsız qalıb

5 Noyabr 2019 16:15 (UTC+04:00)

Xəzər rayonu Türkan qəsəbəsində güclü küləyin aşırdığı hasar 57 mm diametrində qaz xəttini qırıb.

“Azəriqaz” İstehsalat Birliyindən SİA-ya verilən məlumata görə, baş verən qaz sızmasının aradan qaldırılması üçün 1000 dən çox abonentin qaz təminatı müvəqqəti olaraq dayandırılıb.

Təqribən saat 17 radələrində qazın verilişinin bərpası nəzərdə tutulub.