Tarixin bu günü və ya bu günün tarixi

5 Mart 2011 18:45 (UTC+04:00)
- Azərbaycan Respublikasında Bədən tərbiyəsi və idman günüdür
- İngiltərə kralı II Henri anadan olub (1133)
- Birinci Pyotr əsgər toplamaq haqqında fərman verib. Bu qərarla Rusiyada nizami ordunun əsası qoyulub (1705)
- İtalyan fizik Alessandro Volta anadan olub (1827)
- Lənkəranda Rusiya işğalına qarşı üsyan başlayıb (1831)
- Azərbaycan mərkəzi Kolxoz idarəsi (Azkolxozsentr) təşkil edilib (1928)
- Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasında Xocalı faciəsi ilə bağlı müzakirələrə başlanılıb. Parlamenti mühasirəyə almış xalq kütlələrinin etirazı və müxalifətin təzyiqi altında Ali Sovetin sədri Elmira Qafarova istefa verməyə məcbur olub (1992)
- Azərbaycan Ali Sovetinin fövqəladə sessiyası işə başlayıb. Demblokun 26 deputatı prezident Ayaz Mütəllibovun istefasını tələb edib. Binanın qarşısında isə 2 gün əvvəl başlayan izdihamlı mitinq davam edib (1992)
- Azərbaycanla ABŞ arasında Diplomatik və Konsulluq Əmlaklarına dair İkitərəfli saziş imzalanıb (1999)