Liviyada hökumət qüvvələri Breqa və Əjdəbiyyə şəhərlərinə yenidən hücumlara başlayıblar.
SİA-nın xəbərinə görə, Qəddafiyə bağlı hərbi qüvvələrə məxsus təyyarələrin müxalifətin əlindəki silah anbarlarını bombaladığı bildirilir.
Əjdəbiyyə şəhərində müxalifətin nəzarətindəki bir hərbi bazanın bombalandığı qeyd edilir.
Liviyanın Xarici İşlər Nazirliyi bu gün cümə olması səbəbilə ölkədə artan gərginliyin paytaxta da sıçraya biləcəyi ehtimalını nəzərə alaraq ölkədəki xarici jurnalistlərə diqqətli olmalarına dair xəbərdarlıq edib.