Polşada Beynəlxalq Gün çərçivəsində Azərbaycan masası təşkil edilib

5 Noyabr 2019 05:00 (UTC+04:00)

Polşanın Vrotslav şəhərində yerləşən “3M” şirkətində keçirilən Beynəlxalq Gün çərçivəsində Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə Azərbaycan masası təşkil edilib.

SİA xəbər verir ki, masada ölkəmizin tarixinə, mədəniyyətinə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə aid 60-dan çox kitab və müxtəlif çap materialı, habelə müxtəlif suvenirlər təqdim olunub.

Azərbaycandan başqa, Türkiyə, İspaniya, İtaliya, Hindistan, Ukrayna, İngiltərə və Macarıstana da aid masalar qurulub. Tədbirdə Vrotslavda yerləşən müxtəlif şirkətlərin əməkdaşları iştirak ediblər.