"Göztəpə"nin yeni baş məşqçisinin adına aydınlıq gəlib

5 Noyabr 2019 01:27 (UTC+04:00)

Türkiyə Superliqa təmsilçisi "Göztəpə"nin yeni baş məşqçisi müəyyənləşib.

SİA klubun saytına istinadən xəbər verir ki, Tamer Tunanın istefaya göndərilməsindən sonra boş qalmış bu vəzifəyə İlhan Palut təyin edilib. Onunla 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Göztəpə" hazırda ölkə çempionatında 12 xalla 12-ci pillədə qərarlaşıb.