Əri Rəqsanəyə CeyLonun evindən tikdirir VİDEO

4 Noyabr 2019 14:00 (UTC+04:00)

Müğənni Rəqsanə İsmayılova əri ilə birlikdə efir qarşısına keçib. SİA-nın məlumatına görə, sənətçi Azərbaycan getməsindən, Moskvaya köçməsindən bəhs edib:"Ətrafımda insanlar var idi, onları təmizləməliydim. Ona görə də Azərbaycandan köçdüm. Sənətdən tamamilə getsəydim, havalanardım. Mənə qarşı haqsızlıq edənlər, həyatımda pis şeylərin başıma gəlməyinə səbəb olanlar cavabını aldı. Zamanında düz idim, hər yerdə bağırırdım. Amma mənə inanmırdılar. Moskvaya gəldim, yoldaşımı tapdım, ailə həyatı qurdum və xoşbəxt oldum. Hər bir qadına bu qismət olmur. Mənim övladlarıma sahib çıxıb, onlara atalıq edən insan qarşıma çıxdı".

İndi Cenniferin Lopesin evinin eynisini tikdirirəm:"Kinoteatrı, studiyası, idman zalı. gedib başqa yerdə mahnılar yazmasın. Hər zaman internetdə CeyLonun evinə baxırdım. İnternetdən fotoları çıxartdım, Fazilə verdim ki, bunu et. Sonradan peşman oldum. Kaş bunu Azərbaycanda edə bilərdim" deyə, əlavə edib.