"Azərbaycan-Ermənistan rəhbərləri gələn ilin aprelinə kimi görüşə bilər" AÇIQLAMA-ÖZƏL

4 Noyabr 2019 11:58 (UTC+04:00)

“ATƏT-in Minsk qrupunun həmsədrlərinin bir müddət bundan əvvəl regiona səfərində heç bir dəyişiklik olmadı. Demək olar ki, həmsədrlərin bir qayda olaraq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində real addımları, yalnız separatçı qondarma rejimi legitimləşdirmək olub”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki, son iki aya diqqət etsək üç həmsədr dövlətin danışıqlarda manipulyasiya etdiyini və danışıqlar prosesində görüntü yaratdığını görərir.

Onun sözlərinə görə, məqsəd isə Qarabağı gələcək perspektivdə Azərbaycandan ayırmaq üçün əsaslar yaratmaqdır: “Təbii ki, burada erməni lobbisinin fəaliyyəti və üç dövlətin xristian təssübşekliyindən qaynaqlanır. Fikir versek son bir ay ərzində üç həmsədr dövlət Parlament səviyyəsində separatçılarla əməkdaşlıq edib. Demək, Fransanın bir qrup parlamentarilərinin Xankəndinə səfəri, analoji olaraq buradakı separatçıların Fransaya "işgüzar" səfərləri, bunun ardınca Rusiya Dumasının deputatlarının işğal olunmuş ərazilərə səfəri və separatçılarla danışıqları, ABŞ konqreslərinin Xankəndinə gəlişi, ardınca sözdə separatçıların "xarici işlər naziri " Mailyanın ABŞ Konqresinə səfəri, burada "Artsaxın" müstəqilliyinin qeyd edilməsidir”.

M. Əsədullayev qeyd edib ki, rəsmi Bakının etirazlarına rəğmən üç ölkə parlament səviyyəsində separatizmə, ərazilərin dəyişdirilməsinə, işğala dəsək verir: “BMT-nin qətnamələrinə, qəbul edilmiş Helsinki Yekun Aktının qərarlarına vasitəçi ölkələr əhəmiyyət vermirlərsə, nədən biz bu üç ölkənin vasitəçiliyilə danışıqları aparmalıyıq? Hazırda masada olan "Yenilənmiş Madrid" prinsiplərinin ziddinə olaraq həmsədrlər fəaliyyət göstərir. Qeyd edim ki, dekabrda xarici işlər nazirlərinin yenidən görüşü keçiriləcək. Təbii ki, bu görüş də protokol xarakterlidir. Baxmayaraq ki, Ermənistanın xarici işlər naziri E. Mnatsakanyan danışıqların dalana dirənmədiyini, davam etdiyini qeyd edir, həmçinin liderlərin mümkün görüşünü də vurğulayır. Ardınca isə, Paşinyan facebookda qeyd edir ki, münaqişənin həllində heç bir proqram yoxdur və danışıqlar prosesində irəlləyişə nail olunmayıb, nəsə olarsa referenduma çıxarılacaq”.

Politoloq vurğulayıb ki, Ermənistanın mövqeyində ziddiyyətlərə baxmayaraq, cəbhədə nisbi sakitlik təbii ki, müəyyən bir razılaşmadan irəli gəlir: “Yoxsa, rəsmi Bakı Ermənistana ciddi itkilər yaşadardı. Bununla yanaşı Paşinyan cəbhədə nisbi sakitliyi vurğulmaqla öyünür, həm də gərginliyin, itkilərin qaçılmaz olduğunu ictimaiyyətə çatdırır. Həmçinin Paşinyan daxili auditoriyaya heç də Qarabağla bağlı nisbi sakitliyin davamlı olmayacağını mesajını vermiş olur”.

M. Əsədullayev əlavə edib ki, hazırda Azərbaycan və Ermənistan rəhbərliyinin növbəti görüşü gələn il aprelə kimi baş tuta bilər: “Hər iki lider arasında şifahi razılaşmanın olduğunu istisna etmirəm. Paşinyan Qarabağdakı Koçaryan və Sarkisyan klanını devirməsi üçün, növbəti dəfə Paşinyana vaxtın verilməsi istisna deyil. Əgər, proseslər bu ssenariyə uyğun olmasa, Azərbaycan tərəfi hərbi təzyiqlərə başlaya bilər. Əgər, hərbi təzyiqləri intensivləşməsə, gələn il Ermənistandan Qarabağa təyyarə reysi açılacaq, ilk sərnişin Paşinyan olacaq. Odur ki, işğalçı ölkənin rəhbərliyinin avantürasının qarşısını almaq üçün indidən preventiv addımlar atmaq lazımdır. Çünki, hazırkı məqamda Qarabağ münaqişəsinin siyasi həll variantı yoxdur. Ermənistanın siyasi iradəsi kənardan idarə olunur”.