İraqda etiraz aksiyası keçirən insanlar Kərbəla şəhərində fəaliyyət göstərən İranın konsulluğuna hücum ediblər. SİA xəbər verir ki, bu barədə Aljazeera məlumat yayıb.
Məlumata görə, etirazçılar İranın dövlət bayrağını çıxararaq, onun yerinə İraqın bayrağını sancıblar. Asayiş keşikçiləri havaya atəş açaraq, etirazçıları ərazidən uzaqlaşdırmağa cəhd ediblər. Belə ki, aksiyaçılar konsulluğun yaxınlığındakı binalara və avtomobillərə od-vuraraq yandırıblar.
Aksiyalar digər şəhərlərdə də davam edir. Artıq paytaxt Bağdadda hökumət və təhsil müəssisələri bağlanıb. O cümlədən, İraqın Ümm Qəsr limanında əsas neft ötürücü stansiyası da işini dayandırıb. Belə ki, bu liman vasitəsi ilə məhsulun ixracı həyata keçirilir. Limanın işinin dayandırılmasında iştirak edən aksiyaçılara odlu silahlardan atəş açılıb.
İraqın baş naziri Adil Əbdül Məhdi nümayişçilərə müraciət edərək bildirib ki, onlar öz hədəflərinə çatıblar və İraqın siyasi sistemini silkələyiblər. Ona görə də, aksiyalar dayandırılmalıdır.
“Ölkənin neft maraqlarına olan təhlükə İraqın aparıcı limanlarını haqlayıb və ölkə iqtisadiyyatına milyardlarla dollar həcmində zərər vurub”, deyə baş nazir etirazçılara onu da bəyan edib ki, belə davam edərsə, qida və s. məhsulların qiymətlərində artım olacaq, inflyasiya yaşanacaq.
Videolara aşağıdakı linkərə tıklamaqla baxa bilərsiniz