Sabirabadda ev yanıb

3 Noyabr 2019 13:30 (UTC+04:00)

Sabirabad rayonunda 3 otaqlı ev yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Sabirabad rayonunun Cavad kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.