Masallıda 3 otaqlı ev yanıb

2 Noyabr 2019 10:54 (UTC+04:00)

Masallıda yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, rayonun Qızılağac kəndində ümumi sahəsi 76 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının tavanı və dam örtüyü 40 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.