Eddi İsrafilovun 90 dəqiqə meydanda olduğu görüş komandasının məğlubiyyəti ilə nəticələnib

2 Noyabr 2019 01:45 (UTC+04:00)

Millimizin üzvü Eddi İsrafilovun çıxış etdiyi "Albasete" İspaniya Sequndasında növbəti oyununu keçirib.

SİA xəbər verir ki, komanda 14-cü turda səfərdə "Numansiya" ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub. Eddi start heyətdə meydana daxil olub və 90 dəqiqə oynayıb.

Qeyd edək ki, "Albasete" hazırda 22 xalla 5-ci pillədə qərarlaşıb.