Tolik yol hərəkət qaydalarını pozdu VİDEO

1 Noyabr 2019 11:25 (UTC+04:00)

Verilişlərin birində yol hərəkət qaydalarını pozan məşhurlardan bəhs edilib. SİA-nın məlumatına görə, proqramda qonaq olan Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev bu haqda danışıb.

Proqramda aparıcı-prodüser Tarix Əliyevin (Tolik) qaydaları pozduğu anın görüntüləri nümayiş olunub: "Əslində həmin yerdə maşın saxlamağı mənə nəzarətçi dedi. Söylədi ki, səkidə saxla, orada cərimə yazmırlar. Neçə gün dalbadal orada maşın saxladım, sonra cərimə yazıldığını gördüm. Axırda 100 manat cərimə ödədim".