Rusiya ilə Çin hərbi ittifaq yaradır?

1 Noyabr 2019 09:54 (UTC+04:00)

Rusiya Çin ilə hərbi ittifaq yaratmaqla bağlı məsələ qaldırmır. SİA-nın xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov müsahibəsində söyləyib.

“Əgər ittifaqı hərbi [birlik] kimi başa düşsək, o zaman nə Rusiya, nə də Çin belə bir hərbi ittifaq yaratmağı planlaşdırmır”, - deyə XİN başçısı qeyd edib.

Lavrov qeyd edib ki, hazırda Rusiya ilə Çin arasında iqtisadiyyatda daxil olmaqla bütün sahələr üzrə münasibətlər dünya səviyyəsində heç zaman bu qədər yüksək keyfiyyətli və etibarlı səviyyədə olmayıb.