Atəşkəsi pozan düşmən cavab atəşi ilə susdurulub

4 Mart 2011 21:01 (UTC+04:00)

Ermənistan Silahlı Qüvvələrinin bölmələri martın 3-də saat 14.20-dən 14.25-dək Ermənistan Respublikasının Noyanberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Azərbaycanın Qazax rayonunun Fərəhli kəndində yerləşən mövqelərini, saat 23.15-dən 23.20-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.50-dən 23.55-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.