Noyabrın ilk günündə əsl payız havası olacaq

31 Oktyabr 2019 14:30 (UTC+04:00)

Ölkə ərazisində noyabrın 1-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 10-13°, gündüz 13-15° isti, Bakıda gecə 11-13°, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı, əsasən şimal və şərq rayonlarında yağışın intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 9-12°, gündüz 15-19° isti, dağlarda gecə 2-5°, gündüz 6-9° isti olacağı ehtimal edilir.