Tərtər və Bərdə rayonlarının icra başçıları dəyişib

4 Mart 2011 04:25 (UTC+04:00)

Azərbaycan prezidenti İlham Əliyev İlham Ağayevin Bərdə Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

SİA-nın məlumatına görə, prezidentin digər sərəncamları ilə Vidadi İsayev Tərtər Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Bərdə Rayonu İcra Hakimiyyətinin başçısı təyin olunub.

Tərtər Rayonu İcra Hakimiyyətinə isə Ceyhun Cəfərov başçı təyin edilib.