Pediatr-neonatoloq Telman Aytayev canlı yayımda çıxış edəcək

30 Oktyabr 2019 13:02 (UTC+04:00)

Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı uzman pediatr-neonatoloqu Telman Aytayev 30 oktyabr 2019-cu il tarixində saat 15.00-da canlı yayımda “Peyvəndlərin uşaqlara faydası” mövzusunda çıxış edəcək və izləyicilərin suallarını cavablandıracaq.

Canlı yayım Mərkəzi Gömrük Hospitalının rəsmi Facebook səhifəsi üzərindən yayımlanacaq (https://www.facebook.com/customshospital/). Sualları canlı yayım vaxtı və yaxud öncədən Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi vasitəsilə ünvanlamaq mümkündür. Əlavə məlumat üçün (012) 404 08 08 telefon nömrəsinə zəng etmək mümkündür.

Xatırladaq ki, Dr. Telman Aytayev 2004-cü ildə Türkiyənin məşhur Atatürk Universitetinin Tibb fakültəsini bitirmiş, 2005-2010-cu illərdə Hacettepe Universitetinin Tibb fakültəsinin Pediatriya bölməsində təhsilini davam etdirmişdir. Əmək fəaliyyətinə 2016-cıi ildə Türkiyənin Konya Meram Tibb fakültəsinin neonatologiya şöbəsində uzman pediatr kimi başlamışdır.

2017-ci ildən Mərkəzi Gömrük Hospitalının Pediatriya və neonatologiya bölməsinin rəisidir.