Sumqayıtda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

29 Oktyabr 2019 23:41 (UTC+04:00)

Sumqayıtda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, qəza şəhərin Bakı küçəsində, şəhər avtovağzalının qarşısında qeydə alınıb. Avtomobil yolunu keçmək istəyən şəhər sakini, 1973-cü il təvəllüdlü Vüqar Əmirxanovu avtomaşın vurub. Əraziyə təcili tibbi yardım briqadası cəlb olunub və o, sağ ayağının bud sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.