Almaniyanın İqtisadiyyat naziri Peter Altmayer Dortmundda konfrans çıxışından sonra pilləkəndən enən zaman ayağı büdrəyərək yıxılıb və huşunu itirib. Belə ki, o, həkimlərin müdaxiləsindən sonra özünə gəlib. Nazir daha sonra xəstəxanaya aparılıb və lazımi müayinələrdən keçib.