Karateçilərimiz Avropa çempionatında iştirak edəcəklər

29 Oktyabr 2019 17:10 (UTC+04:00)

Noyabrın 1-dən 3-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə şotokan karate üzrə Avropa çempionatı keçiriləcək. SİA-nın məlumatına görə, ölkəmizi həmin yarışda uşaq, yeniyetmə, gənclər və böyüklərdən ibarət komandalar təmsil edəcəklər.

Turnirdə 30-dək ölkədən 2500-dən artıq karateçinin iştirakı planlaşdırılır.