Gəncədə baş verən ağır qəza ilə bağlı məlumat DİN

29 Oktyabr 2019 12:38 (UTC+04:00)

Daxili İşlər Nazirliyi Gəncədə baş verən ağır qəza ilə bağlı məlumat yayıb. Nazirliyin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, oktyabrın 29-da saat 02:00 radələrində Nizami (Gəncə) rayonunun İ.Qayıbov küçəsində şəhər sakini Z.Məmmədov idarə etdiyi “Priora” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə onun sərnişinləri - Saatlı rayon sakini Eldar Məmmədov və Tərtər rayon sakini İkram Bayramlı hadisə yerində ölüblər.

Gəncə Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.