Türkiyəli məşhur müğənni və dicey Selin Ciğercinin toyu olub. SİA-nın məlumatına görə, Selin öz toyunda göz yaşlarını saxlaya bilməyib. Bu anı 5 ildir gözlədiyini bildirib. Bu səbəbdən də deyilən heç bir fikir onu maraqlandırmadığını deyib, sadəcə xoşbəxt olmaq istədiyini dilə gətirib.
S.Cigerci gəlin paltarı ilə də göz oxşayıb. Bəy isə toyda xanımı üçün xüsusi rəqs hazırlayıb.
Gecədə gəlini stilist Anar Ağakişiyev bəzəyib. Anar eyni zamanda toya dəvət olunan qonaqlar sırasında yer alıb.
Qeyd edək ki, Selin futbolçu Gökhan Çıra ilə ailə qurub. Selin bir neçə il əvvəl cinsiyyətini dəyişərək, qadın olub.