Serblər də ermənilərin yolunu bağladı

28 Oktyabr 2019 16:18 (UTC+04:00)

Serbiya Ermənistan vətəndaşları üçün vizaları ləğv edib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Serbiya hökuməti təsdiq edib.

Məlumatda qeyd olunur ki, Serbiya hökuməti Ermənistan vətəndaşları üçün vizaların ləğvi və İrəvanda səfirlik açılması barədə qərarı təsdiqləyib.

Təsdiq olunub ki, tezliklə İrəvanda Serbiya səfirliyi də açılacaqdır. Görünür, serblər ermənilərin yollarını bağlamağı tərcih edir və bu Ermənistana qarşı növbəti taktika sayıla bilər.