Paytaxt sakinindən heroin götürülüb

3 Mart 2011 23:24 (UTC+04:00)

Nərimanov RPİ NMB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Vüsal Şirinovdan 104,652 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Nəsimi RPİ 21-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 180-ci (soyğunçuluq) maddəsilə axtarışda olan Samir Səlimov martın 2-də tutulub.

Suraxanı RPİ 31-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə axtarışda olan Xanlar Qasımov martın 2-də tutulub.