Venesuela prezidentinin Azərbaycana səfəri başa çatıb

27 Oktyabr 2019 11:32 (UTC+04:00)

Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduronun Azərbaycan Respublikasına səfəri oktyabrın 27-də başa çatıb. SİA xəbər verir ki, Prezident Nikolas Maduronu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və digər rəsmi şəxslər yola saldılar.