Vicdan - çəki daşı

24 Oktyabr 2019 18:11 (UTC+04:00)

Ramiq Muxtar,

Prezident təqaüdçüsü, "Şərəf" ordenli,

Rəsul Rza adına Beynəlxalq Mükafatı laureatı

Rəssam Natiq Əyyuba

Hakim çıxardı qərar:
Ləğv olsun rəsm əsəri,
Verilməsin qonorar.

Özündən icad edib
Vicdan adlı çəkini,
Salıbdı pis duruma
Doğulduğu Şəkini.

Nə vaxtdan yer üzünə
Təşrif buyurub vicdan?
Gömrük keçidindən
Kimdir onu buraxan?

Bəlkə pul bölgüsünə
Qarışıbdı başları.
Ya da bir az dəm olub
Çaş salıblar daşları.

Sürgün edin ölkədən
Vicdan adlı çəkini.
Sonra əngəl olacaq
Çəkmək onun yükünü.

Dövran bizim dövrandır,
Deyil vicdan zamanı.
Qonağı başa salın,
Səhv salıbdır ünvanı.