Tramp Türkiyəyə qarşı sanksiyaları ləğv etməyi tapşırıb

23 Oktyabr 2019 22:04 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp Suriyada “Barış pınarı” əməliyyatı ilə bağlı Türkiyəyə qarşı tətbiq etdikləri sanksiyaları ləğv etmək barədə tapşırıq verib. Bu barədə ABŞ Prezidenti Ağ Evdəki nitqi zamanı bildirib.

“Bizi narazı salan nəsə baş verənədək sanksiyalar təxirə salınacaq”, - deyən ABŞ lideri Türkiyə tərəfindən aralarında əldə edilmiş razılaşmalara əməl olunmasa, bu ölkədən idxal olunan mallara rüsumları xeyli artıracaqlarını açıqlayıb. Həmçinin Ağ Ev rəhbəri başqa ölkələri Türkiyənin Suriya sərhədində nəzarəti gücləndirmək üçün kömək olmağa çağırdıqlarını da qeyd edib.