Açıqlandı: Dövlət büdcəsinin sosialyönlü xərcləri 1.7 dəfə artrılıb

23 Oktyabr 2019 21:19 (UTC+04:00)

Son 5 ildə dövlət büdcəsinin sosialyönlü xərcləri 1.7 dəfə artrılıb. Trend-in məlumatına görə, 2020-ci il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri (büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq əməyin ödənişi, pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması xərclərinin cəmi) 10373,7 milyon manat məbləğində proqnozlaşdırılıb. Bu da 2019-cu illə müqayisədə 2605,8 milyon manat və ya 33,5 faiz çoxdur.

Gələn il dövlət büdcəsi xərclərinin tərkibində sosialyönlü xərclərin xüsusi çəkisi 38,5 faiz təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə 7,7 faiz-bənd çoxdur.

Son 5 ildə, yəni 2016-cı illə müqayisədə 2020-ci ildə sosialyönlü xərclər 1.7 dəfə, büdcə xərclərinin tərkibində isə xüsusi çəkisi 3,4 faiz-bənd artıb.