Sabirabadda piyadanı avtomobil vurub

24 Oktyabr 2019 00:15 (UTC+04:00)

Sabirabad rayonunda piyadanı avtomobil vurub."Report"un Mil-Muğan bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, "BMW" markalı minik avtomobili yolu keçən piyadanı vurub. Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.