Tovuzda qəzada ölən və yaralananların adları açıqlanıb

24 Oktyabr 2019 00:32 (UTC+04:00)

Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndi ərazisində qeydə alınıb. Belə ki, VAZ markalı avtomobil hərəkətdə olarkən sərnişin mikroavtobusu ilə toqquşub. Nəticədə 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Bu yol qəzasında ölən və yaralananların adları məlum olub. Hadisə nəticəsində Qarayev İsmət Şükür oğlu ölüb, Ağayev Qədim Nüsrət oğlu (1997) və Məmmədova Sunay Məqsəd qızı (2005) xəsarət alıb.