Türkiyə Suriyada əməliyyatları dayandırdı

23 Oktyabr 2019 17:21 (UTC+04:00)

Oktyabrın 22-də Soçidə Türkiyə və Rusiya prezidentləri arasında Suriyaya dair razılaşma əldə edilib və tərəflər 10 maddəlik Niyyət Protokolu imzalayıblar. Bundan sonra Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyənin Suriyada əməliyyatları dayandırdığını açıqlayıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, razılaşmaya əsasən Suriyada əməliyyatları Rusiya Müdafiə Nazirliyi və Rusiya hərbi polisi davam etdirir. Artıq Rus qüvvələrinin Kobani ərazisinə daxil olduğu barədə məlumat yayılıb.

İnformasiyalara əsasən, YPG qüvvələri silahları ilə birlikdə Rus ordusu tərəfindən ərazidən çıxarılacaq. Rusiya nazirliyi, bir xəritə paylaşaraq, Türkiyə sərhədinə 15 nəzarət nöqtəsi quracağını açıqladı.