ABŞ hərbçilərini Qatar və ya Küveytə yerləşdirəcək

23 Oktyabr 2019 16:34 (UTC+04:00)

ABŞ Suriyadan İraqa köçürdüyü hərbçilərini bir ay müddətinə Qatara və ya Küveytə yerləşdirəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu İraqın müdafiə naziri Nəcah əş-Şamari “Al-Sumaria” telekanalına müsahibəsində bildirib. “Suriyadan çıxarılan ABŞ hərbçiləri 4 həftə ərzində İraqı tərk edərək Küveytə və ya Qatara göndəriləcək”, - deyə o qeyd edib.

Xatırladaq ki, oktyabrın 23-də Pentaqonun başçısı Mark Esper elan edilmədən Bağdada səfər edib. O, İraqa səfəri zamanı baş nazir Adel Əbdül Mehdi və müdafiə naziri əş-Şamari ilə görüşüb.