“Əli Kərimli kimilər çirkin əməllərindən əl çəkmirlər” RƏY-ÖZƏL

23 Oktyabr 2019 16:21 (UTC+04:00)

"Hər zaman olduğu kimi, yenə də müxalifət düşərgəsini təmsil edən şəxslər anormal vasitələrdən yararlanmağa çalışır". Bunu SİA-ya açıqlamasında “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov deyib.

Onun sözlərinə görə, onların məqsədi Azərbaycanda qarışıqlıq salmaqdır: "Amma heç vaxtı müxalifət düşərgəsini təmsil edən şəxslərin və Əli Kərimli ölkəmizlə bağlı məkrli planı baş tutmayacaq. Çünki xalqımız yaxşını pisdən ayırmağı bacarır və müxalifətində iç üzünü onlardan yaxşı bilir. Təbii ki, Azərbaycan dövlətini istəməyən qüvvələr mövcuddur. Hər zaman xarici qüvvələr ölkəmizin inkişafına qısqanclıq hissi ilə yanaşıb. Ölkə müxalifəti həmin xarici qüvvələrlə əlaqələr qurur və ölkəmizdə xoşagəlməz hadisələr yaratmağa çalışır. Ona görə də, xarici qüvvələr Azərbaycanda olan müxalifət qüvvələrindən istifadə edərək özlərinin istəklərini həyata keçirmək istəyir. Bu gün radikal müxalifət düşərgəsini təmsil edən şəxslər və Əli Kərimli nə qədər icazəli və icazəsiz aksiyalar keçirsələr də heç vaxt məkrli niyyətlərinə nail ola bilməyəcəklər. Çünki xalq bunları dəstəkləmir və dəstəkləməyəcəkdir. Bu reallığı müxalifətin özü də çox gözəl bilir Amma Ə.Kərimli kimilər yaramaz və çirkin əməllərindən əl çəkmirlər".