Alpaqut döyüş sənəti üzrə ikinci dünya çempionatı təşkil olunacaq

23 Oktyabr 2019 15:36 (UTC+04:00)

Bakıda alpaqut döyüş sənəti üzrə ikinci dünya çempionatı keçiriləcək.

SİA-nın məlumatına görə, dünya çempionatı noyabrın 22-24-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil ediləcək.

Yarış alpaqut döyüş sənətinə daxil olan aypara, batur, caymaz, qurşaq və kaçut sistemləri üzrə baş tutacaq.