Göygölün kəndlərində yeni ATS-lər quraşdırılıb

3 Mart 2011 01:54 (UTC+04:00)

Göygöl rayonunun Aşıqlı, Şəhriyar, Pənahlılar və Zurnabad kəndlərində yeni elektron ATS-lər quraşdırılaraq istifadəyə verilib. Rayon İcra Hakimiyyətindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, yeni ATS-lər mindən artıq nömrə tutumuna malikdir.

Bundan əlavə rayonda mövcud ATS-lərin nömrə tutumu da artırılıb. Rayonda 493 abunəçiyə yeni telefon xətti çəkilib.