“Xilas edilmiş mədəni sərvətlər” adlı sərgi-seminar başa çatıb FOTOLAR

23 Oktyabr 2019 14:09 (UTC+04:00)

Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi “Xilas edilmiş mədəni sərvətlər” adlı sərgi-seminar keçirib. SİA-nın məlumatına görə, tədbir regionlardakı muzey, qalereya, Heydər Əliyev mərkəzlərinin əməkdaşlarını mərkəzin fəaliyyəti və bərpa işi ilə tanış etmək məqsədi daşıyıb.

Tədbirə Bərdə, Tərtər, Yevlax rayonlarının və Mingəçevir şəhərinin muzey, mərkəz və qalereyalarının əməkdaşları dəvət olunub. Üç gün davam edən sərgi-seminarlarda bu rayonların muzey toplularına məxsus eksponatların bərpa prosesini əks etdirən təqdimat, eləcə də mərkəzin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.