XI Beynəlxalq Taxıl Forumu keçirilir TƏDBİR

23 Oktyabr 2019 12:21 (UTC+04:00)

Bu gün Bakıda XI Beynəlxalq Taxıl Forumu (Global Grain Outlook) öz işinə başlayıb. SİA xəbər verir ki, tədbir Rusiya Taxıl Birliyinin təşkilatçılığı ilə keçirilir. Forumda Azərbaycan, Rusiya, Qazaxıstan, Ukrayna, İran, Türkiyə, BƏƏ, İsveçrə və digər ölkələrdən buğda, çovdar, arpa, yulaf, qarğıdalı, düyü və s. məhsulların istehsalçıları və alıcıları, ekspertlər və bu sahə ilə əlaqəsi olan sahibkarlar iştirak edirlər.

Xatırladaq ki, 2019-cu ilin 1 iyul tarixinə kimi respublikada 798,1 min hektar taxıl sahəsində biçin aparılıb. Ümumi taxıl sahələrinin 76,6%-i, o cümlədən, buğda sahələrinin 69,9%-i, arpa sahələrinin isə 94,5%-i biçilib. Sahələrdən 1,6 milyon ton buğda, 964,6 min ton arpa yığılıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 60% və 18,9% çoxdur. 1 iyul tarixinə buğdanın məhsuldarlığı 33,2 sent/ha, arpanın məhsuldarlığı isə 29,9 sent/ha olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,3 sent/ha və 2,2 sent/ha çoxdur.