Kərim Təranənin anasının şəklini yayımladı FOTO

23 Oktyabr 2019 12:30 (UTC+04:00)

Müğənni Kərim Abbasov sosial şəbəkədə yeni foto yayımlayıb. SİA-nın məlumatına görə, o, paylaşımı ilə diqqət çəkib. Şəkildə müğənnilər Elnur Məmmədov və Səidə Sultan yer alıb.

Digər maraqlı məqam isə fotoda Kərimin keçmiş qayınanasının, prodüser Təranə Səmədovanın anası İradə xanımın yer alması olub.

Kərim fotoya bu sözləri yazıb: "2006-cı il... Laçın vaxtlarımız. Elnur və Səidə. Aramızda duran xanım isə mənim keçmiş qayınanamdır - İradə xanım. Allah ona can sağlığı versin, mənim üçün gözəl insan olub".

Qeyd edək ki, Kərimlə prodüser Təranə ailəli olublar. Onlar qalmaqallı şəkildə boşanıblar. Kərim hazırda Təranə adlı başqa bir xanımla ailəlidir, cütlüyün bir övladı var.