Misir Mərdanov: “Kimin ürəyində müəllimini təbrik etmək arzusu varsa, qoy təbrik etsin”

2 Mart 2011 22:30 (UTC+04:00)
Təhsil naziri Misir Mərdanov 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə məktəblərdə şagirdlərdən pul yığılması ilə bağlı məsələyə münasibət bildirib. SİA-nın xəbərinə görə, təhsil naziri jurnalistlərə verdiyi açıqlamasında deyib ki, kimin ürəyində müəllimini təbrik etmək arzusu varsa, qoy təbrik etsin: "Bunun qarşısını niyə kəsək? İstəyən getsin, müəllimini təbrik etsin. Amma bu alverə, müəllimin və məktəbin nüfuzunu aşağı salmağa xidmət etməməlidir. Mənə elə gəlir ki, bu tendensiya Azərbaycanda gedir".

Nazir fürsətdən istifadə edib, 8 Mart Qadınlar Günü münasibətilə bütün xanımları, qadın müəllimləri təbrik edib, onlara şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayıb.

Daha sonra nazir bu yaxınlarda keçirilən mərkəzləşdirilimiş sınaq imtahanlarının nəticələrinə də münaisbət bildirib. O, sınaq imtahanlarının nəticələri ilə razılaşmadığını vurğulayıb. M.Mərdanov qeyd edib ki, nəticələr gözləndiyindən aşağıdır. İmtahanların nəticələrinin qaneedici olmadığını deyən təhsil naziri qeyd edib ki, bu səviyyə ilə rahatlaşıb öyünmək olmaz və onları aradan qaldırmalıyıq.