Əfqanıstanda toqquşma 15 polis əməkdaşı həlak olub

22 Oktyabr 2019 10:37 (UTC+04:00)

Əfqanıstanın şimalındakı Kunduz əyalətində radikal Taliban hərəkatının (Rusiya Federasiyasında qadağan olunmuş) silahlıları ilə toqquşmalarda ən az 15 polis əməkdaşı həlak olub. SİA bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, çərşənbə axşamı səhər saatlarında Taliban Ali Abad bölgəsindəki nəzarət-buraxılış məntəqəsinə hücum edib. Səkkiz hərbçinin məhv edildiyi qeyd olunur.