“Alfa Romeo”nun “Zauber”lə əməkdaşlığı 2020-ci ildən sonra başa çatacaq

22 Oktyabr 2019 02:02 (UTC+04:00)

Belə şayiələr dolaşır ki, “Alfa Romeo”nun “Zauber”lə əməkdaşlığı 2020-ci ildən sonra, çox güman, başa çatacaq.

SİA xəbər verir ki, bunu jurnalist Co Seyvud öz səhifəsində yazıb.

Belə olan halda komandanın sahibləri belə bir miqyaslı başqa sponsor axtarmalı və ya komandanın xərclərini müstəqil ödəməli olacaqlar.

Seyvud yazır ki, bu il komandanın nəticələri yetərincə məyusedicidir. Kollektivin içində ikitirəlik var, amma əməkdaşlar da, rəhbərlik də kamera qarşısında gülümsəməyə çalışırlar. Paddokda deyirlər ki, “Zauber”in faktiki olaraq “Ferrari”nin törəmə komandasına çevrilməsi yanlış addım olub. Yaxşı olardı, İsveçrə kollektivinin rəhbərliyi “Honda” ilə danışıqları axıra çatdırsın, çünki onun motorları “Red Bull” və “Toro Rosso” bolidlərində sınaqdan yaxşı çıxıb.

“Honda” 2020-ci ildən sonra “Zauber”ə kömək etməkdə əvvəlki kimi maraqlı ola bilər. Belə ki, şirkət bu yolla yapon pilotları Formula 1-də irəlilətmək imkanı əldə edərdi.