Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Qalatasaray"ın qonağı olacaq "Real" İstanbula gedib. Klubun saytında yer alan məlumatda deyilir ki, Madrid təmsilçisi Türkiyəyə 21 futbolçu aparıb. Onların sırasında Luka Modriç və Qaret Beyl zədə səbəbindən yer almayıb:
Müdafiəçilər: Dani Karvahal, Eder Militao, Serxio Ramos, Rafael Varan, Marselo, Alvardo Odriozola, Benjamin Mendi
Yarımmüdafiəçilər: Toni Kroos, Kasemiro, Federiko Valverde, Xames Rodqiros, İsko
Hücumçular: Eden Hazard, Kərim Benzema, Luka Yoviç, Brahim Dias, Vinisius Junior, Rodriqo Qoes
Qeyd edək ki, "Qalatasaray" - "Real" görüşü sabah keçiriləcək.