Lənkəranda "Oyun karvanı Azərbaycanda" əyləncəli idman tədbiri keçirilib

21 Oktyabr 2019 19:12 (UTC+04:00)

Lənkəran Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Türkiyənin Uşaq Oyunları İdman Klubları Federasiyasının və Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Oyun karvanı Azərbaycanda" layihəsinin proqramına uyğun olaraq uşaqlar üçün əyləncəli idman oyunları tədbiri keçirilib. SIA-nın məlumatına görə, tədbirdə Cənub zonasının 13 rayonundan 8-12 yaşlı 500-dən çox uşaq iştirak edib. Proqram üzrə uşaqlar üçün musiqi sədaları altında müxtəlif oyunlar təşkil olunub, uşaqlar musiqi sədaları altında rəqs edərək oyun qurğularlndan istifadə etməklə bol - bol əyləniblər.

Yüksək əhval-ruhiyyə ilə keçən tədbirdə uşaqlara Federasiya tərəfindən xüsusi hazırlanmış köynəklər hədiyyə edilib.

Sərraf Mirsəfəroğlu