''Suriya Məsələsi'' diplomatik yolla həll oluna bilər Mevlud Çavuşoğlu

21 Oktyabr 2019 17:58 (UTC+04:00)

"Biz inanırıq ki, Suriya məsələsi hərbi yolla yox danışıqlar yolu ilə həll oluna bilər". SİA-nın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mevlud Çavuşoğlu öz çıxışında qeyd edib.

Nazir həmçinin bildirib ki, biz qətiyyətsiz və dəyişkənliklərlə dolu dünyada yaşayırıq. Ölkəmiz xüsusilə də cəmiyyətlərimiz islamafobiya, irqçilik və bir çox problemlərlə üzləşib. Terrorizm isə əsrimizin ən təhlükəli problemidir. Eyni ideologiyanı qəbul etdiklərinə görə, siyasi qruplar və siyasətçilər terror təşkilatlarını dəstəkləyir. Bu gün xüsusilə Avropada bir çox siyası qruplar var ki, PKK terror təşkilatını terrorçutəşkilatlar siyahısından çıxarmaq istəyirlər.

''Biz istəyirik ki, Suriya məsələsi hərbi yolla deyil, danışıqlar yolu ilə həll olsun və bunun üçün də əlimizdən gələni edirik. Hətta bunun üçün Suriyada siyasi komitə qurulub və bu ayın sonunda komitənin ilk iclası keçiriləcək'', deyə Çavuşoğlu qeyd edib.

O həmçinin deyib ki, bu məsələnin həlli üçün sakitliyin və atəşkəsin davamlılığına ehtiyac var. Biz hər zaman rejim və müxalifət arasında güvəni bərpa etmək üçün və məhbusların qarşılıqlı qaytarılmasında mühim rol oynamışıq. Biz yüzlərlə terrorçunu ərazidən çıxartmış və 2000 kv km ərazini terrorçulardan təmizləmişik. Bizim əsas məqsədlərimizdən biri ''Təhlükəsiz Zona'' yaratmaqdır. Çünki milli təhlükəsizlik millətimiz üçün həyati önəm daşıyan bir məsələdir və biz öz sərhədlərimizi terrorçulardan təmizləməliyik.

Ramilə Tanrıverdi