Məmurlar Ermənistanı tərk edirlər

21 Oktyabr 2019 17:31 (UTC+04:00)

Valeri Osipyan Ermənistanı tərk etmək niyyətindədir. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə gündəlik “Jamanak” qəzeti yazır.

Qəzet yazır ki, Ermənistan polisinin keçmiş rəhbəri Valeri Osipyan Moskvaya köçmək qərarındadır. Nəşrin qeyd etdiyinə görə, polisin keçmiş rəhbəri Armen Qinosyanın "Manaxi Armen" kimi tanınan təhlükəsizlik xidmətinin rəhbəri vəzifəsini öz üzərinə götürəcək.

Məlumatda o da qeyd olunur ki, Qinosyanın Osipayan kifayət qədər böyük məbləğdə pul da təklif olunub və ona əmək haqqı olaraq aylıq 10-15 min dollar məvacib də söz verib. Çox güman ki, Ermənistan polisinin keçmiş rəhbəri tezliklə bu ölkəni tərk edəcək. Ümumiyyətlə, məmurların ölkəni tərk etməsi halı bu gün Ermənistan reallığıdır və bundan sonra Osipayan kimi digər məmurların bu ölkəni tərk edəcəyi heç kimdə təəccüb doğurmayacaq.